Rusiyanın
ədliyyə generalı olduğ haqda zaman – zaman mübahisəli xəbərlər yayılan Azərbaycan
Yolu Siyasi Hərəkatının lideri İlqar Qasımovun Azərbaycandakı keçmiş
tərəfdarları təşkilatlanır.
Mia.az-a
daxil olan məlumata görə, vaxtı ilə İlqar Qasımovun yaratdığı Qarabağ Uğrunda Hərəkatda
təmsil olunan şəxslərin Azərbaycan Yolu Siyasi Hərəkatının təşkilatlanmasına
cəlb edildiyi vurğulanır.
Məlumatda
qeyd olunur ki, təşkilata cəlb edilənlər arasında hazırda dövlət vəzifələrində
işləyənlər də var: "Bilirsiniz ki, İlqar Qasımovun adı Rusiyadakı hakimiyyət əleyhinə
fəaliyyətdə olduğu bildirilən milyarderlərlə birgə çox hallanıb. Bu səbəbdən
onun hərəkatının gizli şəkildə Azərbaycanda və onun bölgələrində təşkilatlanması
maraq doğurmaya bilməz. Xüsusən İlqar Qasımovla bir yerdə "Qarabağ” deyə,
siyasi oyunlar oynamış insanların bu prosesə cəlb olunması daha təhlükəli
xarakter daşıya bilər. Deyim ki, İlqar Qasımovun o zaman "sag əl”ı
sayılanlardan biri, hazırda Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin
Başçısının müavinidir. Hansı ki, bu adamın şəhərin icra başçısı Elmar Vəliyevi
də Rusiyadakı məlum qüvvələrlə əlaqələndirməsi ilə bağlı şübhəli məqamlar var.
Onun Gəncədə Abbas Abbasovun yaxın ətrafını plana uyğun təşkilatlandırması da,
indiki məqamda diqqətə alınmalı məsələ sayılmalıdır”.
Mənbə həmin müavinin adını çəkməsə də, deyir ki, o, ölkənin aparıcı media qurumları ilə də sıcaq əlaqələr yaradıb: "Bu əlaqələr isə nə zamansa planın genişlənməsində çox böyük rol oynaya bilər”.
Mia.az-a daxil olan bu məlumatlarla bağlı araşdırmalarımız olacaq!