Musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin attestasiyası aparılacaq.
Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, şagirdlərin musiqi və incəsənət məktəblərinə qəbulu sistemi ilə bağlı hazırlıqlar aparılır: "Eyni zamanda, hazırda musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin attestasiyası aparılacaq. Bu proses iki mərhələdən ibarət olacaq. Bu ilin sonuna kimi birinci mərhələnin keçirilməsi planlaşdırılır. Bununla da bir neçə ildən sonra musiqi məktəblərində peşəkar müəllimlər fəaliyyət göstərəcəklər"/Report.