"Artıq həkimlər atamla bağlı qərar verib, əlimiz hər yerdən üzülüb".
Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, "Dədə Süleyman" kimi tanınan Süleyman Abdullayevin qızı Aygün Abdullayeva deyib. O bildirib ki, xanəndənin vəziyyəti pisdir, iki gündür nitqi də tutulub:
"Atam danışa bilmir, halı yoxdur, ümidimiz hər yerdən kəsilib. Ürəyində problem var, böyrəyinin biri də işləmir, ayağı da topuğa kimi qaralıb, həkimlər əməliyyat etməyə çətinlik çəkir, qorxurlar. Bədəni əməliyyatın aparılmasına imkan vermir. Ona görə də hamı çarəsiz qalıb”.
Qızının sözlərinə görə, bu günlərdə Süleyman Abdullayevə baş çəkməyə gələn adamların sayı-hesabı bilinmir: "Evimiz dolub-boşalır, tanımayanlar belə gəlir. Dədə yaxşı adam idi. Allah ona kömək olsun, çox çarəsizik”.
Qeyd edək ki, Süleyman Abdullayevin səhhəti ağırlaşıb. Həkimlər onun ayaq barmağını amputasiya edib.