Milli Məclis Azərbaycanda İCESCO-nun Regional Ofisinin yerləşməsinə dair saziş təsdiq edib.

Mia.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.