Şuşa şəhərinin qəhrəmanlıq ruhu,Pənah Əli xanın xoşbəxt şəhər konsepsiyası, onu ruhlandıran möhtəşəm dağlarda həkk olunmuş qədim türkün səsi, Ağabəyim Ağa, Gövhər Ağa, Xurşud Banu Natavan, Fatma Kəminənin timsalında mütərəqqi şərq qadını obrazı, ğözəl, əsrarəngiz və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı, Şuşa adlı mədəniyyət kodunun çalarlarıı və bir çox musiqili faktlar çələngi – bütün bunlar “Mədəniyyət kodu - Şuşa”adlı lonqriddə çox maraqlı formatda əks olunur.
Mia.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin işçi qrupu layihəni yüksək standartlara uyğun icra edir.
Azərbaycan mediası üçün tam yeni olan bu məhsul ciddi araşdırmalar, arxiv foto və video sənədlər, müsahibələr əsasında hazırlanır. Fitçer üslubunda hazırlanmış mətn yeni medianın müxtəlif alətləri istifadə olunmaqla lonqridin tələblərinə müvafiq zənginləşdirilir.
Bildirilib ki, üç növ infoqrafika hazırlanır, bunlardan iki interaktiv xəritə məzmununa görə tam yeni və unikaldır. Bunlar Şuşa şəhərinin məhələllələri və işğaldan azad olunmuş ərazilərdəki Alban məbədlərinin interaktiv xəritələridir.
Layihənin əsas ideyası Şuşanın əsrarəngizliyi və füsunkarlığını düzgün media texnologiyaları vasitəsilə Avropa auditoriyasına sirayət edərək, həmin sevgini Qərb insanına aşılamaqdır.
Qeyd edək ki, bu layihə Azərbaycan tərəfindən Avropada təqdim ediləcək ilk lonqrid olacaq. Layihənin məqsədi Şuşanın əsrlər boyu məhz Azərbaycan şəhəri olmasını tarixi faktlar, arxiv materialları, memuarlar, nadir fotolar və s. vasitəsilə İsveç ictimaiyyətinə təlqin etməkdir.