Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Gürcüstanın paytaxtı Tiflisdə görüşəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili açıqlama verib.
"Ölkələrimiz və region üçün ən vacib məsələlərdən biri olan təhlükəsizliklə bağlı keçirilən sammitdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşü olacaq. Biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edəcəyik”, - deyə Georgi Marqvelaşvili bildirib.