Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib, o, qida qəbul edə bilmir.
Mia.az xəbər verir ki, bu barədə “Report”a aktrisanın özü məlumat verib.
85 yaşlı Xalq artisti bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib.
O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, tanınmış aktrisa, “Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.
***
Xalq artisti, “Şöhrət” ordenli aktrisa, bədii qiraətçi Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan məlumatın yalan olduğunu bildirib.
Mia xəbər verir ki, bu barədə APA-ya aktrisa özü məlumat verib.
Bildirib ki, hazırda səhhətində heç bir problem yoxdur.
"Özümü yaxşı hiss edirəm, səhhətimdə heç bir problem yoxdur. Bilmirəm, bu xəbəri kim necə uydurub? Mən hər verilişə getmirəm, görünür, adamlar buna görə hesab edirlər ki, mənə nəsə olub. Amma heç bir şey yoxdur, hər şey yaxşıdır”, – deyə bildirib.