Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İldırım Kasimov vəfat edib.

Mia.az Mədəniyyət Nazirliyinə istinadla bildirir ki, İldırım Kasimov 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ.Kasimov 1933-cü il dekabrın 7-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Bakı Hərbi məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1956-cı ildən başlayan İ.Kasimov müxtəlif vəzifələrdə - Azərbaycan Dövlət Filarmoniyasında inzibatçı, konsert şöbəsinin müdiri, Mahnı və Rəqs Ansamblının direktoru vəzifələrində çalışıb.