"Ermənilər atəşkəsi pozaraq Azərbaycanın sərhədlərinə aparan yolları minalayır, təcavüz edir".
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakının işğaldan azad olunmasının 104-cü ildönümünə həsr olunan tədbirdə çıxışında deyib.
"Ermənilər Azərbaycan hərbçilərinin hərəkət etdiyi yollara minalar basdırıb. Təkcə 2021-ci ildə 1300 mina çıxarılıb. Həmin minalar atəşkəssonrası - 2021-ci ildə döşənmiş minalar olub", - səfir əlavə edib.