“Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq”.
Mia.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayevanın tviter-dıki paylaşımında qeyd olunub.
XİN rəsmisi bildirib ki, beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan Azərbaycanın mövqelərinə artilleriya zərbələrini davam etdirir: "Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq. Sülh yalnız beynəlxalq qanuna ciddi riayət etməklə mümkündür”.