Avropa İttifaqı Azərbaycanın 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Mia.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter-də paylaşım edib: “Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayırıq. Həll edilməmiş bütün humanitar məsələlərin həlli əsas prioritetdir”.