Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri, konqresmen Ed Roys və onu müşayiət edən konqresmenlərlə görüşüb.
Görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, regionda baş verən hadisələr, Ukrayna hadisələri və onun Azərbaycana təsiri, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü məsələləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Azərbaycanda demokratik vəziyyət, insan haqları və siyasi məhbus məsələləri müzakirə olunan əsas mövzulardan olub.

Məlumatı Müsavat Partiyası mətbuat xidməti verib.