Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın Madrid şəhərinə rəsmi səfərə yola düşüb.

Mia.az XİN-ə istinadla bildirir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.