“Azərbaycan dünyada minalara məruz qalmış ən birinci ölkələrdən biridir”.

Bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Ona görə də Azərbaycanın dəstəyə böyük ehtiyacı var. Biz ANAMA-ya dəstək göstərəcəyik ki, öz funksiyalarını yerinə yetirə bilsin”, - BMT rəsmisi qeyd edib/Report.