Ədliyyə Nazirliyinin müxtəlif qurumlarının və ictimai birlik nümayəndələrinin daxil olduğu "Penitensiar xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyası”nın iclası keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə,aşkarlıq və şəffaflıq şəraitində keçirilən növbəti müsabiqə komissiyasında 30 nəfər namizədin ədliyyə orqanlarında orta rəis heyətinə qulluğa qəbul olunması məsələsinə baxılıb.
Müsabiqədə iştirak edən namizədlərdən bilik və hazırlıq səviyyəsinə, peşə hazırlığına görə seçilən 25 nəfər namizədin qulluğa qəbul olunması barədə Ədliyyə Nazirliyinin rəhbərliyi qarşısında vəsadət qaldırılacaq.
Sonda müsabiqənin ilk mərhələsini uğurla başa vuran orta rəis heyətinə namizədlərə Ədliyyə Nazirliyi və onun tərkib hissəsi olan Penitensiar xidmətin fəaliyyət istiqamətləri, eləcə də ədliyyə əməkdaşı adını daşımağın nə dərəcədə şərəfli olması ilə yanaşı, bu orqana daxil olmaq arzusunda olan hər bir vətəndaşın yüksək məsuliyyət hissinə, qətiyyət və prinsipiallığa, saf və soyuqqanlılıq kimi xarakterik xüsusiyyətlərə malik olmasının vacibliyi qeyd edilib.
Ədliyyə nazirinin qarşısında 25 nəfəri işə götürməsi üçün vəsadət qaldırılacaq
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19