Türkiyə Superliqasında 30-cu turun oyunları davam edir. 

Doğma azarkeşləri önündə "Konyaspor"u qəbul edən "Rizespor" rəqibini 3:1 hesabı ilə məğlub edib. 

Turun mərkəzi görüşü İstanbulda baş tutub. Burada "Beşiktaş" "Fənərbaxça"nı qəbul edib. Derbi oyununda qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, bu oyunda hakim "Beşiktaş"ın 2 oyunçusunu meydandan qovub.