Bu sözləri "Yeni Müsavat”a prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev bildirdi. O, Dövlət Duması sədrinin müavini, RLDP sədri Vladmir Jirinovskinin Azərbaycana yönəlik hədələrinə cavab verərkən qeyd etdi ki, gələn həftə bununla bağlı partiyası qərar qəbul edəcək:
"Mən Jirinovskinin partiyasına zəng etdim. Onun nümayəndəsi Vasili İvanoviç kim olduğumu soruşdu. Dedim ki, partiya sədriyəm, prezidentliyə namizəd olmuşam. Nümayəndəsi söylədi ki, hazırda Jirinovski Dumadadır. Onun diqqətinə çatdırdım ki, Azərbaycanı hədələməyə son qoysun, bu işlərdən əl çəksin. Yoxsa biz onu elə sünnət edərik ki, ömürlük dərs olsun. Azərbaycan xalqını bu qədər təhqir etmək olmaz. Əgər ifadələrinə diqqət yetirməsə onunla bağlı tədbir görəcəyik. Gələn həftə müzakirə edib Jirinovskinin partiyası qarşısında piket keçirməyi diqqətdə saxlayacağıq”.
Qeyd edək ki, Kreml başçısının "ölkənin 2 nömrəli siyasətçisi” adlandırdığı Vladmir Jirinovski növbəti dəfə postsovet məkanının suveren dövlətlərini hədələyən bəyanat verib. Bir daha separatçı bölgələrin, o cümlədən Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinin vacibliyindən və "üstünlükləri”ndən danışıb.
Siz istəyirsiniz ki, dövlət başçısı mətbuat konfransında mənim dediyimi desin? O vaxt bunu deyəcək ki, edəcək. Prezident qabağa danışmaz. Hətta Xruşşov da danışmayıb - mən Kubaya raket verəcəyəm deməyib. Heç vaxt. SSRİ-yə qayıtmaq istəyən bütün ərazilər SSRİ-yə qayıdacaq”.