Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin anım günü ilə bağlı “Twitter”-də paylaşım edib.
Mia.az xəbər verir ki, o, Əbülfəz Elçibəyin sözlərini paylaşıb və ona rəhmət diləyib: “Çox işgəncə gördüm, çox çəkdirdilər. Heç birinə yanmam, bir Atatürk nişanı vardı yaxamda, onu aldılar əlimdən, hələ də işim yanar....
Atatürkün əsgəri” Əbülfəz Elçibəyi vəfatının il dönümündə hörmət və rəhmətlə anıram”