İşsizlik müavinətlərinin verilməsində köklü dəyişiklik edilir. Artıq bundan sonra məşğulluq xidmətində qeydiyyatda olan şəxslərə verilən müavinətlər bölgələrə göndərilməyəcək. Bu vəsaitlər də ünvanlı sosial yardımlar kimi mərkəzdə müəyyən olunacaq, plastik kartlar vasitəsilə birbaşa mərkəzdən işsiz vətəndaşın şəxsən özünə veriləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məşğulluq xidməti orqanı rəhbərlərinin toplantısında bununla bağlı tapşırıq verib. S.Müslümov nazir müavini Mətin Kərimliyə bunun müxanizmini hazırlamağı tapşırıb.

Nazir bildirib ki, artıq işsizlik müavinətləri ilə bağlı xoşagəlməz hallara son qoyulacağını bəyan edib.