Şuşada "Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Mədəniyyət Nazirliyindən Mia.az-a bildirilib ki, konfrans sentyabrın 18-19-da Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı baş tutacaq.

Konfransda müxtəlif istiqamətlər üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.