Ermənistan Qaziantep və Mardin şəhərlərində baş verən avtomobil qəzalarında ölənlərə görə Türkiyəyə başsağlığı verib.
Bu barədə Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Tvitter hesabında yazıb: “Qaziantep və Mardində baş verən yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını diləyirəm”/Teleqraf.com.
Xatırladaq ki, qəza nəticəsində ümumilikdə 37 nəfər ölüb, 48 yaralı var.