Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində meşə və evləri yandırmalarına reaksiya verib.
Mia.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Leyla Abdullayeva tviter-də paylaşım edib:
“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırlır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”.