Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamə əsasən,  Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərpaşa Zəfər oğlu Nemətov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, avqustun 13-ü Azərbaycan xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun 75 yaşı tamam olur.