Rusiya Ermənistanla İran arasında dövlət sərhədində nəzarəti gücləndirir.
Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi təsdiqləyib.
Bildirilib ki, 8-9 ay əvvəl Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqə quraşdırılıb.
Məlumata görə, Rusiya hərbi hissəsi həmin ərazidə 67 ildir xidmət edir. Ancaq indiyədək Ermənistan-İran sərhədində belə məntəqə olmayıb.
Qeyd edilib ki, bu, İrandan Ermənistana narkotik və psixotrop maddələrin qanunsuz ötürülməsi hallarının artması fonunda baş verib/Report.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi Ermənistan-İran, Ermənistan-Türkiyə dövlət sərhədini, Ermənistan Daxili Qoşunları Azərbaycanla sərhədi, Ermənistan Milli Təhlükəsizlik Xidməti isə Gürcüstanla sərhədi mühafizə edir.
Mia.az