"Dövlətin içərisində yer alan "paralel hökumət” şəbəkəsinin adamlarını necə təmizlədiksə, ədliyyə orqanlarında çalışan bu şəbəkənin tərəfdarlarını tamamilə zərərsizləşdirəcəyik”.
ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Baş nazirin sözlərinə görə, ədliyyə orqanlarında çalışan "paralel hökumət” şəbəkəsinin tərəfdarlarını təmizləmək bir az vaxt tələb edəcək.
"Dövlət artıq 35 ildir ki, mövcud olan gizli strukturla mübarizə aparır. Ona görə də onları hüquq sistemindən tamamilə təmizləmək asan olmayacaq”, - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə dini icma lideri Fətullah Gülən "paralel hökumət” şəbəkəsinin yaradaraq dövləti ələ keçirməkdə təqsirləndirilir.
Ərdoğan "gülənçilər"ə qarşı 2-ci cəbhəni açdı
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50