Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsi yekunlaşıb və qaliblər məlum olub.
Mia.az xəbər verir ki, müsabiqənin qalibi Mirsadıq Ağazadənin "Supəri" ssenarisi olub.
İkinci yerin qalibi Türkan Hüseyn - "Axırıncı palata", üçüncü yer isə Nicat Dadaşov - "Zirzəmi" ssenarisi olub.
Qeyd edək ki, müsabiqədə ümumilikdə 53 ssenari iştirak edib.