“Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Bu münasibətlərin dünyada bənzəri yoxdur”.
Bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Azərbaycan strateji münasibətlərin gələcəkdə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməcəyik: “Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərən dövlətdir”.