İsa Qəmbərin başqanı olduğu Müsavat Partiyasının Məclisi növbəti dəfə siyasi məhbusların azad olunmasını tələb edib.

Əks halda partiya 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etməyə çağıracaq.

Bəyanat müəllifləri qeyd ediblər ki, ölkədə siyasi məhbusların sayı artır.

Azərbaycan hakimiyyəti isə siyasi məhbusların azad edilməsi ilə bağlı beynəlxalq və yerli ictimaiyyətin çağırışlarına məhəl qoymur.