Müsavat Partiyası Məclisinin bugünki toplantısında ilin sonlarında keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı qərar verilib. 

Gərgin və maraqlı müzakirələrdən sonra Məclis yalnız 1 nəfər əleyhinə, 1 nəfərsə bitərəf olmaqla qərarı qəbul edib. Qərarda rayon təşkilatlarına seçkilərə hazırlıqlarla bağlı tapşırıqların verilməsi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı hakimiyyətə və beynəlxalq təşkilatlara müraciət edilməsi də əksini tapıb.

Yekunda çıxış edən Müsavat başqanı İsa Qəmbər müzakirələri səmərəli sayıb: "Nə qədər fədakarlıq etsək də, ölkədəki vəziyyəti dəyişə bilmiriksə, demək hələ yetərli deyil. Beynəlxalq birlik bizim əvəzimizdə gəlib burda demokratiya qurası deyil. Nə edəcəyiksə, biz edəcəyik”