Aprelin ayının 10-u və 11-də aprel tarixlərində Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfirinin müavini Qüdsi Osmanovun rəhbərliyi altında səfirliyin diplomatlarından və diaspor üzvlərindən ibarət nümayəndə heyəti sözügedən ölkənin Novosibirsk vilayətində səfərdə olublar.
Qarşılıqlı
anlaşma şəraitində baş tutan görüşdə Qüdsi Osmanov səfir Polad Bülbüloğlunun
salam və ən xoş arzularını qarşı tərəfə çatdıraraq, cənab V.Qorodetskiyə
Novosibirsk meri işlədiyi zaman Azərbaycana baş tutmuş səfərindən söz açıb.
Səfir
müavini bildirib ki, Azərbaycan Rusiyanın müxtəlif vilayətləri ilə iqtisadi və
humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: «Cavab olaraq, V.Qorodetski
Novosibirsk vilayətinin nümayəndə heyətinin Azərbaycana yenidən xoşməramlı səfərinin
təşkilinin mümkünlüyü ifadə etmiş və bu səfərin ikitərəfli əlaqələrin
möhkəmlənməsində faydalı olacağına inandıqlarını deyib».
Məlumatda o da qeyd olunur ki,
Azərbaycan səfirliyinin
nümayəndə heyətinin Novosibirskə səfəri çərçivəsində vilayətin Qanunverici
məclisinin sədri İvan Moroz və məclisin deputatları ilə də görüş keçirilib.
Görüşdə Novosibirsk vilayətinin Qanunverici məclisinin sədri İvan Moroz Novosibirsk hökumətinin Azərbaycanla parlamentlərarası əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib və əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının, orta və kiçik sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstəyi, tətbiq edilən qanunvericilik və uğurlu islahatlar sahəsindəki təcrübənin öyrənilməsi Novosibirsk üçün maraq kəsb edir.
Azərbaycanın
Rusiyadakı Səfirliyini təmsil edən nümayəndə heyəti Novosibirskə səfəri
çərçivəsində "Turbis-
Mia.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Novosibirsk Regional Elmi Kitabxanasını da ziyarət ediblər. Ziyarət zamanı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın adından Azərbaycanın tarixi və mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri əks etdirən çox sayda kitab və CD-lər kitabxanaya hədiyyə olunub.
Kitabxananın direktoru Svetlana Tarasova təqdim olunmuş hədiyyələrə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirərək, Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə təqdim olunmuş kitab və CD-lərin kitabxana üçün əvəzolunmaz hədiyyə olduğunu xüsusi qeyd edib.
Səfir
müavini Qüdsi Osmanov diaspor qurumları arasında məhsuldar fəaliyyətin həyata
keçirilməsi üçün birlik və həmrəylik kimi vacib amillərin həlledici rol
oynadığını deyərək, bildirib ki, xaricdə yaşayan hər bir azərbaycanlı
milli-mədəni dəyərlərimizi qorumaq və təbliğ etməklə yanaşı, həm də yaşadığı
ölkənin və şəhərin ictimai həyatına da inteqrasiya olmalıdır.
Görüşün yekununda Rusiya-Azərbaycan Evinə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin adından kitablar hədiyyə olunub.
Səfər
çərçivəsində baş verən daha bir əlamətdar hadisə dünya şöhrətli bəstəkarımız
Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettasının Novosibirskdə
səhnələşdirilməsi olub.
Novosibirsk
vilayətinin Mədəniyyət nazirinin müavini Viktor Bulankin tamaşadan əvvəl çıxış
edərək, Üzeyir Hacıbəyovun bütün şərq aləmində və dünyada tanınmış incəsənət
xadimi olduğunu bildirmiş və dahi bəstəkarımızı bəşəriyyətin sərvəti adlandırıb.
Daha
sonra çıxış edən səfir müavini Qüdsi Osmanov "Arşın mal alan” əsərinin
Azərbaycanın mədəni irsi və dünya mədəniyyəti üçün kəsb etdiyi mənəvi dəyərdən
söz açaraq, 2013-cü ildən etibarən UNESCO-nun qərarı ilə "Arşın mal alan”
operettasının 100 illiyi bütün dünyada qeyd olunması barədə iştirakçıları
məlumatlandırıb. Qüdsi Osmanov deyib ki ki, "Arşın mal alan” operettasını
Azərbaycan xalqı üçün əvəzolunmaz edən vacib amillərdən biri də odur ki,
əsərdəki hadisələr Azərbaycanın incisi sayılan və bir çox dünya şöhrətli
mədəniyyət xadimini yetişdirmiş Şuşada cərəyan edir.
Qeyd
edək ki, Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettası Novosibirsk Dram və
Teatr İnstitutunun 4-cü kurs tələbələri tərəfindən diplom işi kimi
səhnələşdirilib.