(Status-esse)
***
Bizi ana, böyük və işləyək yollara aparan cığırlar. Kimin həyat yolunda cığırlar olmayıb?
Məktəb yolunun cığırı, əmi, dayı, qonşu evinə keçid cığırları, market, bağça, iş yeri və s. yerlərə gedən cığırlar...
...Bir də var, səni ana yola aparan cığırlar...
Xalq şairi Hüseyn Arif cığrları bələdçi adlandırırdı:
Ətrafı çən tutub duman kəssə də,
Bələdçi cığırlar aparır bizi.
Ən əziz, ən şirin, ən qayğılı xatirələrimiz də elə o cığırlardadır. Gəlin dönüb ot basmış, ana və rahat yoldan ayrılan o cığırlara nəzər yetirək, əlimiz çatsa bir az səliqə-sahman işləri görək. Hər gedişin bir qayıdışı da var axı, o cığırlara bir də yolumuz düşəcək...
...Qoynunda uşaqlıq dünyası yaşayıb, "Qarğı at" mindiyimiz, olumlu-ölümlü, sevincli-kədərli, vağzalı sədalı, əzizlərimizin tabutu önündə getdiyimiz, bizi son mənzilə aparacaq narahat əyalət yolları, doğma cığırlarımız...
...Hər qarış torpağına, daşına-qayasına qurban olduğum yurdum-yuvam, kəndim-kəsəyim...
Səxavət Tağlar,
Əməkdar müəllim.