“Yazıçılar Birliyinin qurultayının sentyabrın ortalarında keçirilməsi nəzərdə tutulur”.
Mia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.
Sədr qurultayda yenidən namizədliyini verəcəyini bildirib: “Əgər etimad göstərərlərsə, sədrlik fəaliyyətimi davam etdirəcəyəm".
O, Yazıçılar Birliyinin Nizamnaməsində də hər hansı dəyişikliyin edilməyəcini də vurğulayıb.
Qurultayın harada keçiriləcəyi məsələsinə gəldikdə isə Xalq yazıçısı deyib: “Qurultayın Şuşada keçirilməsini istəyərdik, amma Şuşadakı mövcud şərait, qurultay üçün lazımi zalın olmaması planımızı dəyişdi. Ona görə də qurultay ya Bakıda, ya da Şabranda, tikintisi bitmək üzrə olan Yaradıcılıq Evində keçiriləcək”.