Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov bəzi millət vəkillərinin Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsini, elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olmasını əsas gətirərək müvafiq tədbirlərin görülməsi üçün üç dəfə MSK-ya müraciət edib.
Ədalət Partiyasından verilən məlumata görə, MSK "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq ona edilmiş müraciətlərə 1 ay müddətində cavab verməli olduğu halda bu məktublara cavab verməkdən imtina edib.
Buna görə də İ.İsmayılov MSK-ya göndərdiyi üç sorğusuna cavab verilməsi üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun üzərinə öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ədalət Partiyasının sədrinin iddia ərizəsinə ilk baxış dünənə təyin edilsə də, məhkəmə baş tutmayıb. Məhkəmədə Ədalət Partiyasının sədrini vəkil Adil İsmayılov və Sadiq Əfəndiyev təmsil edir. Lakin MSK-nın səlahiyyətli şəxsi və ya vəkil edilmiş nümayəndəsi məhkəməyə gəlmədiyindən proses aprelin 20-dək təxirə salınıb. Hətta hakimin yazılı şəkildə MSK-ya göndərdiyi sərəncamına rəğmən bu qurum ona qarşı irəli sürülən iddialarla bağlı cavab da təqdim etməyib.
"Belə görünür ki, artıq MSK məhkəməni də saymır”-deyə Ədalət Partiyası bəyan edib.
İlyas İsmayılov: “MSK məhkəməni saymır”
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51