Ukraynada deputat, prezidentliyə namizəd Oleq Çarev yoxa çıxıb. 

"Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumat deputatın rəsmi səhifəsində verilib.

Onun qaldığı mehmanxanadan xüsusi xidmət orqanları əməkdaşları tərəfindən götürüldüyü və naməlum istiqamətə aparıldığı bildirilib. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil, mobil telefonu isə cavab vermir.