Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
Mia.az xəbər verir ki, paylaşımda deyilir: “Can Azərbaycanla təbii müttəfiqliyimizi gücləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.