"Qarabağ" Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, ekran əsəri "Qarabağ" FK 30 mövsüm səfərdə” adlanır.
Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin "Salnaməfilm" studiyasında istehsal olunur.
""Qarabağ" FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq", - qurumdan vurğulanıb.
Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.