Bakıda Bollivud filmləri nümayiş oluncaq.
Mia.az xəbər verir ki, ilk filmin təqdimatında Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna iştirak edib.
Onun sözlərinə görə, hind filmlərinin nümayişi ölkəsinin müstəqilliyinin 75-ci ildönümünün qeyd olunması çərçivəsində baş tutacaq: “Azərbaycanda hind filmləri çox sevilir, onlar hələ də məşhurdur. Ümid edirik ki, bu filmlər də tamaşaçıları sevindirəcək”.
Qeyd edək ki, tamaşaçılara 3 Bollivud filmi – “Phillauri” (3 iyun), “Badrinath ki Dulhania” (4 iyun) və “Nil Battey Sannata” (5 iyun) ingiliscə, Azərbaycan dilində subtitrlərlə nümayiş etdiriləcək.