Baş nazir Ərdoğan CHP lideri Kılıçdaroğluna hücumla bağlı açıqlama verib. 

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan "Zorakılıqla edilən etirazları qınayıram. Keçmiş olsun, dəstəklədiyimi bildirirəm" deyib.

CHP lideri Kamal Kılıçdaroğluna qarşı hücumdan sonra AKP- dən də açıqlama gəlib. 

AKP-nin açıqlaması belədir: "Edilən hücumu qınayırıq. Hadisənin bir an əvvəl araşdırılmasını istəyirik. Bu hücum eyni zamanda demokratiyaya, fikir azadlığına qarşı edilmişdir".