“Xalq artisti adının verilməsi Sovet dönəmindən qalmış ideoloji təbliğatdır. O vaxt ideologiyaya xidmət göstərən adamları şişirtmək üçün belə dövlət mükafatları verirdilər. Onlar da əvəzində dövlətə, ideologiyaya xidmət göstərirdilər”.

Mia.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov fəxri adların verilməsinə münasibət olaraq bildirib.

Onun sözlərinə görə, adların verilməsi artıq əvvəlki illərdəki əhəmiyyətini itirib:

“Azərbaycan Xalq artisti kimi müqəddəs ad hər adama veriməməlidir. Onu layiqincə daşıyıb, ölkəni təmsil edə bilən, xalqa xidmət göstərən tanınmışlara verilməlidir. Həmçinin bu ad xalq tərəfindən verilməli və yalnız onların öz seçimi olmalıdır.

Yoxsa indi şəxsi tanışlıqlara, qohumluq əlaqələrinə və ya sevgi-məhəbbət mövzularına görə, bu seçim aparılır”, - deyə o, qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Rasim Balayev də bir neçə müddət əvvəl verdiyi açıqlamaların birində fəxri adların verilməsi ənənəsinin başqa ölkələrdə olmadığını bildirərək, orada sənətçinin xalq tərəfindən seçilməyinin əsas götürülüdüyünü vurğulayıb.

Mia.az