Türkiyədə Cümhuriyyə Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu döyülüb.
ANS PRESS-in məlumatına görə, Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisində çıxış etməyə çıxarkən parlamentə ziyarətçi qismində gələnlərdən biri ona yumruq-təpik zərbələri endirib.
Ehtimal olunur ki, Kılıçdaroğlu kürdlərin partiyası hesab edilən BDP-dən olan millət vəkilləri ilə görüşməyi ziyarətçinin xoşuna gəlməyib. Parlamentdə olan digər millət vəkilləri CHP liderini döyən şəxsi uzaqlaşdıra bilib. Polis həmin şəxsi saxlayıb. Gözündən dəyən yumruq zərbəsi nəticəsində Kılıçdaroğlunun eynəyi qırılıb.
Mia.az hadisəni əks etdirən videonu təqdim edir: