MSK üzvü Akif Qurbanovun sədri olduğu Demokratik Təşəbbüslər İnstitutu (İDİ) Ədliyyə Nazirliyini məhkəməyə verib. Bu barədə İnstitut artıq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Buna səbəb 3-cü dəfə müarciət etməsinə baxmayaraq Nazirliyin növbəti dəfə əsassız olaraq, siyasi səbəblərdən dolayı təşkilatı qeydiyyata almaqdan imtina etməsidir. Bu haqda məlumatı Demokratik Təşəbbüslər İnstitutu yayıb.
Məlumata bildirilir ki, təşkilatın sənədləri peşəkar hüquqşünaslar tərəfindən 3-cü dəfə hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib. Araşdırmalar göstərib ki, nazirliyin bundan əvvəl də təşkilatın sənədlərini geri qaytarmasına heç bir hüquqi əsas olmayıb. Məslənin mahiyyəti barədə yaxın vaxtlarda ictimayyətə geniş məlumat veriləcək.