Daxili İşlər Nazirliyi tərəfindən Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsi barədə xəbərə aydınlıq gətirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb: "Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq".