Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib.

YAP-dan verilən məlumata görə, Hüseyn Paşayev Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıcağında Komitəyə yenidən sədr seçilib.

Yığıncaqda həmçinin Komitənin İdarə Heyətinə və Təftiş Komissiyasına seçkilər keçirilib. Seçkilər nəticəsində İdarə Heyətinə 9, Təftiş Komissiyasına isə 3 üzv seşilib.

Yığıncaqda həmçinin YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da iştirak ediblər(Trend).