Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonda danışıb.

Mia.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Hökumət başçısı və dövlət katibi regionda kommunikasiyaların açılması və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Həmçinin tərəflər Ermənistanda demokratik islahatlar ətrafında fikir mübadiləsi aparıblar.