"El” Hərəkatının bütün strukturları buraxılıb. Bu barədə APA-ya məlumat verən hərəkatın Təşkilat Komitəsinin üzvü Zəfər Quliyev bildirib ki, yaxın vaxtlarda qurultayın keçirilməsi nəzərdə tutulur: "İdarə Heyətinin sonuncu iclasından sonra bütün strukturlar buraxıldı və bütün səlahiyyət Təşkilat Komitəsinin sədri Eldar Namazova verildi. Biz çalışırıq ki, yay ayılarında qurultayı keçiriləcək. Hazırda qurultaya hazırlıq məqsədilə işlər görülür”.