«Meqa Sığorta»
ASC ilə
«Nikoyl» bankı arasında təxminən 100 min manatlıq vəsait uğurunda yaranmış mübahisə «çərçivə»dən çıxıb. Belə ki, sığorta şirkəti hazırda nəinki bankla davasını sürətləndirib,
hətta iş üzrə qanunsuz hərəkətlər etdiyi iddia olunan Ədliyyə Nazirliyinin işçilərinin də cəzalandırılmasını tələb edir.
Bu barədə MİA.A-A məhkəmədən
sızan xəbərə görə, «Meqa Sığorta»
ASC ilə
«Nikoyl» bank arasında yaranan
98.575.42 avro məbləğində vəsait uğurunda məhkəmə çəkişmələrinin davam etdiyi bir ərəfədə Ədliyyə Nazirliyinin tabeliyində
olan Səbail rayon İcra Şöbəsi həmin vəsaiti tutmaqla yanaşı, məcburi ödənişi təmin etmək adı altında da əlavə 7.248 manat pulu da sanksiyalaşdırıb. Bu isə sığorta şirkəti tərəfindən sərt şəkildə qarşılanıb: «İndi sığorta şirkəti əsas cavabdeh qismində Səbail rayon İcra Şöbəsini göstərməklə yanaşı, «Nikoyl» bankı da üçüncü şəxs qismində məhkəməyə cəlb edib. Şirkət məhkəmədən cavabdeh qismində göstərdiyi Bakı şəhəri Səbail rayon İcra Şöbəsi və «Nikoyl» İKB-nin hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etməklə bərabər, həm də qanunsuz tutulmuş 98.575,42 avro məbləğində pulun geri qaytarılması vəzifəsinin
cavabdehə həvalə edilməsi, habelə icra ödənişi kimi tutulmuş 7.248 manat məbləğində
pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və cavabdehin vəzifəli
şəxslərinin hərəktələri barədə xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsini tələb etməyə başlayıb. Bu iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində
hakim Valeh Ağayevin icraatındadır. Əgər hakim Valeh Ağayev aprelin 8-də sığorta şirkətinin şikayətini təmin edərsə, o zaman bir çox vəzifəli şəxslərin barəsində çıxarılan qərardad prokurorluğa
göndəriləcək. Bu isə prokurorluğun adıçəkilən qurumların
rəhbər şəxslərinin barəsində cinayət işinin başlanması
deməkdir».
Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini öyrənə bilmədiyimizdən təfərrüatlara toxunmadıq. Adıçəkilənlərin mövqeyini də dərc etməyə hazırıq.
MİA.AZ