Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəzindən çıxarılması ilə bağlı feysbuk səhifəsində paylaşım edib.
Mia.az xəbər verir ki, paylaşımda deyilir:
“Düzü, heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir. Zəhmət olmasa, sözlərimi yozmayın.
Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər.
Mən Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birlyinin prezidentiyəm və bu təşkilatlarən fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram. Orxan Fikrətoğlunu çoxdan tanıyıram, aramızda salam var. Ona yeni işində uğur arzulayıram. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqvilə var, müqavilə 2019-cu ildə yenilənmişdi.
Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiyasiya müqaviləni dəstəkləyir”.