QHT-lərə Dövlət Dəstəyi Şurasının "Hüquq və Monitorinq” Komissiyası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAD) "İnkişaf naminə Yerli Bacarıqların Artırılması” Layihəsi Qəbələ və Şəmkir rayonlarında yerli QHT-lər üçün məlumatlandırma sessiyaları keçirəcəklər
Məlumatlandırma sessiyalrının 18 aprel
2014-cü il tarixdə Qəbələ rayonunda və 23 aprel 2014-cü il tarixdə isə Şəmkir
rayonunda keçirilməsi nəzərdə tutulub.
Məlumatlandırma sessiyalarında Komissiyanın
üzvləri, ekspertlər çıxış edərək QHT-lərin
fəaliyyətini tənzimləyən qanunverciliyiə edilən son dəyişikliklər barədə məlumat
verəcəklər. Dəyişikliklərin mahiyyəti və QHT-lərin fəaliyyəti ilə bağlı yeni tələblər
izah olunacaq. Həmçinin, yerli QHT-lərin
sualları cavablandırılacaq, təklif və tövsiyyələri dinləniləcək, onları
maraqlandıran məsələlər barədə müzakirələr aparılacaq.
Xatırladaq ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının "Hüquq və Monitorinq” Komissiyası QHT-lərin fəaliyyətini tənzimləyən qanunverciliyiə edilən son dəyişikliklərin tətbiqi ilə bağlı ictimai nəzarətin həyata keçirilməsi, yarana biləcək problemlərin həlli, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlaması məqsədilə yaradıllıb. Hüquq və Monitorinq Komissiyasına "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, "Sahibkarlığa Yardım Fondunun” prezidenti Sabit Bağırov, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə tərəfdaşı olan Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin baş məsləhətçisi Məhəmməd Quluzadə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Şurasını Katibliyinin baş məsləhətçisi, hüquqşünası Fərid Rüstəmov daxildir.