Bu gecə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

"Benfika" səfərdə "AZ Alkmaar"ın qonağı olub və 1:0 hesabı ilə qələbə qazanıb. "Bazel" öz meydanında "Valensiya"nı 3 cavabsız qolla məğlub edib - 3:0.  

Digər İspaniya təmsilçisi "Sevilya" səfərdə "Portu" ilə qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə uduzub. "Lion" isə doğma meydanda "Yuventus"la qüvvəsini sınayıb. Bu görüş 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunları aprelin 10-da keçiriləcək.