İspaniya kubokunun yeni qalibi müəyyənləşib. 

Mia.az xəbər verir ki, finalda əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib və Madrid klubu qələbə qazanaraq, kuboka sahiblənib. Qələbə qollarını 11-ci dəqiqədə Di Maria,  85-də isə Bale vurublar. "Barselona" bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 68-də Bartranın vurduğu qol komandasına kömək edə bilməyib - 2:1.